Azərbaycan-Türkiyə münasibətləri barədə fikir mübadiləsi aparılmışdır

 

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 5-6-da Ankarada işgüzar səfərdə olmuşdur.

Səfər çərçivəsində Xələf Xələfov Türkiyə xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu ikitərəfli siyasi məsələlər üzrə nazir müavini Fatih Ceylan ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan Türkiyə arasında ikitərəfli münasibətlər, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları, qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Xələf Xələfov Türkiyə Baş nazirinin xarici işlər üzrə baş müşaviri Fuad Tanlay ilə görüşmüş, Azərbaycan-Türkiyə münasibətləri barədə fikir mübadiləsi aparmışdır.

Ankaraya səfəri zamanı Xələf Xələfov, həmçinin Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının sədri Murad Mərcan ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında münasibətlərin xüsusən , parlamentlərarası əlaqələrin dərinləşdirilməsi, millət vəkillərinin səfər mübadilələrinin intensivləşdirilməsi müvafiq beynəlxalq institutlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 3.