Azərbaycan Monteneqro ilə mədəniyyət
və turizm sahəsində yeni layihələrin reallaşmasında
maraqlıdır
Aprelin 7-də Bakıda öz işinə başlamış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Monteneqronun mədəniyyət naziri Branislov Miçunoviç Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Ə.Qarayev Monteneqro ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qonağın diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan ölkələrimiz arasında turizm sahəsində yeni layihələrin reallaşmasında maraqlıdır.
Branislov Miçunoviç
Bakıda belə bir möhtəşəm tədbirin təşkilinin
böyük əhəmiyyət
daşıdığını vurğulamışdır. O, Azərbaycan
ilə mədəniyyət
sahəsində əməkdaşlığın
həyata keçirilməsi
istiqamətində xüsusi
layihələrin hazırlanacağını
bildirmişdir.
Azərbaycan.- 2011.-8 aprel.- S. 5.