Görkəmli Azərbaycan alimi akademik Arif Paşayevə daha bir yüksək
beynəlxalq ad verilmişdir
Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzinin sədri Oleq Krapivin AzərTAc-a bildirmişdir ki, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Mircəlal oğlu Paşayevə A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru adı verilmişdir. 0107 nömrəli diplomu Elmi Şuranın rəhbəri, Ukraynanın bu mötəbər ali məktəbinin rektoru Pyotr Vorobiyenko imzalamışdır.
Zeynal Ağazadə,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.- 2011.- 8 aprel.- S. 5.