Azərbaycanda və Türkiyədə gənclərə
böyük inam və ümid var
Azərbaycanda səfərdə olan Türkiyənin gənclər təşkilatlarının nümayəndələri aprelin 6-da Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi Ramil Həsənovla görüşmüşlər.
AzərTAc xəbər verir ki, qonaqlara Türk PA-nın yaranma tarixindən və fəaliyyətindən danışan R.Həsənov demişdir ki, qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin inkişafına, parlament diplomatiyasının daha da genişlənməsinə yardım göstərməkdir. Türk PA artıq beynəlxalq təşkilat kimi dünyada öz layiqli yerini tutmuşdur və hazırda mövqelərini möhkəmləndirir.
Baş katib bildirmişdir ki, Türk PA Azərbaycan və Türkiyənin gənclər təşkilatları arasında bu cür görüşlərin keçirilməsini, onların qarşılıqlı səfərlərini, birgə layihələrini dəstəkləyir, bu kampaniyaya Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrin gənclərinin də qoşulmasını arzulayır. Qazaxıstan tərəfi Türk PA-ya üzv ölkələrin gənclər forumunun yaradılması təklifini irəli sürmüşdür. Hazırda bu istiqamətdə işlər gedir, məsləhətləşmələr aparılır.
Türkiyə Respublikası Baş naziri yanında Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Mustafa Cəng, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Ramil Məmmədov gənclər təşkilatları arasındakı mövcud əlaqələrdən danışmış, nəzərdə tutulmuş layihələr barədə məlumat vermişlər.
Bildirilmişdir ki, həm Azərbaycanda, həm də Türkiyədə gənclərə böyük inam və ümid vardır. Bu da gənclərə dostluq və qardaşlıq əlaqələrini daha da inkişaf etdirməyə, beynəlxalq səviyyədə nəzərdə tutulmuş layihələrini gerçəkləşdirmələrinə imkan yaradır.
Görüşdə gənclər təşkilatları
arasında əlaqələrin
inkişaf perspektivləri,
beynəlxalq tədbirlərdə
birgə iştirak, müştərək layihələrin
hazırlanması, ortaq
problemlərin həllində
gənclərin rolu və digər məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 7 aprel.- S. 5.