"Molla Nəsrəddin" jurnalının
yubileyinə həsr olunmuşdur
Naxçıvan şəhərindəki
Cəlil Məmmədquluzadənin
ev-muzeyində Azərbaycanda
ilk satirik məcmuə
olan "Molla Nəsrəddin" jurnalının
105 illik yubileyi ilə əlaqədar
"Molla Nəsrəddin
və mollanəsrəddinçilər"
mövzusunda tədbir
keçirilmişdir.
Ev-muzeyinin direktoru Yaqut Hüseynova mətbuatımızın tarixində ilk satirik jurnal olan "Molla Nəsrəddin"in yaranmasından, onun redaktoru, böyük ədib Cəlil Məmmədquluzadənin xidmətlərindən danışmış və bildirmişdir ki, bu jurnalın nəşri ilə XX əsrin əvvəllərində Azərbaycan mətbuatının tarixində yeni bir dövr başlanmışdır.
Sonra tədbir iştirakçıları muzeydəki eksponatlara baxmışlar.
Azərbaycan.- 2011.- 7 aprel.- S. 7.