Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak edən xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək
səviyyəli nümayəndələri
ilə görüşmüşdür
Mədəniyyətlərarası dialoqa həsr olunan forumda iştirak etmək üçün "Gülüstan" sarayına gələn Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu mötəbər beynəlxalq tədbirdə iştirak edən xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşmüşlər.
Görüşdə mədəniyyətlərarası dialoqa həsr olunan Ümumdünya Forumunun əhəmiyyəti qeyd olundu, Azərbaycanın bu prosesdə fəal iştirakının məmnunluq doğurduğu bildirildi.
AzərTAc
Azərbaycan.- 2011.- 8 aprel.- S. 3.