Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Bakının artıq beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyini dedi. Prezident İlham Əliyev YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşlərini və Bakıda Novruz bayramını birlikdə qeyd etmələrini xatırlayaraq onun forumda iştirakının önəmini vurğuladı.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirən Koişiro Matsuura sivilizasiyalararası əməkdaşlığın genişlənməsində forumun əhəmiyyətini qeyd etdi. 2009-cu ildə Novruz bayramı münasibətilə Bakıda təşkil olunan mərasimlərdə iştirak etməsini məmnunluqla xatırlayan Koişiro Matsuura həmin şənliklərin onda böyük təəssürat yaratdığını dedi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-8 aprel.- S. 4.