Azərbaycan Monteneqro ilə mədəniyyət turizm sahəsində yeni layihələrin reallaşmasında maraqlıdır

 

Aprelin 7-də Bakıda öz işinə başlamış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Monteneqronun mədəniyyət naziri Branislov Miçunoviç Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Ə.Qarayev Monteneqro ilə mədəniyyət turizm sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qonağın diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan ölkələrimiz arasında turizm sahəsində yeni layihələrin reallaşmasında maraqlıdır.

Branislov Miçunoviç Bakıda belə bir möhtəşəm tədbirin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulamışdır. O, Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığın həyata keçirilməsi istiqamətində xüsusi layihələrin hazırlanacağını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 5.