Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşviqində media qurumlarının üzərinə
böyük məsuliyyət
düşür
Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak edən İraqın Milli Xəbər
Agentliyinin (NİNA) səlahiyyətli direktoru, qurumun idarə
heyətinin sədr müavini Abdul Muhsin Cavad Azərbaycan
Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.
Müstəqil Azərbaycanın
əldə etdiyi uğurlar, AzərTAc-ın inkişaf yolu və
fəaliyyəti barədə qonağa ətraflı məlumat
verən, agentliyin ötən ildən ərəb dilində də
xəbərlər hazırlayıb yaydığını diqqətə
çatdıran baş direktor Aslan Aslanov Azərbaycanın və
İraqın milli xəbər agentliklərinin bir sıra
regional informasiya təşkilatları çərçivəsində
səmərəli əməkdaşlıq etməsindən
razılıqla söhbət açmışdır.
Azərbaycanda
böyük inkişafın şahidi olduğunu bildirən
Abdul Muhsin Cavad rəhbərlik etdiyi agentliyin AzərTAc-la əməkdaşlığa
maraq göstərdiyini bildirmiş, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu kimi mötəbər bir tədbirin məhz Şərqlə
Qərbin qovuşuğunda yerləşən Azərbaycanda
keçirilməsinin böyük hadisə olduğunu
xüsusi vurğulamışdır. Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşviqində media qurumlarının üzərinə
böyük məsuliyyət düşdüyünü bildirən
qonaq İraq Milli Xəbər Agentliyinin də öz xəbər
lentlərində bu mövzuda materiallara xüsusi yer
ayıracağını söyləmişdir.
Azərbaycan.- 2011.-8 aprel.- S. 5.