Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə sıx əməkdaşlıq edir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüşmüşdür.

XİN-in mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir E.Məmmədyarov bu əlaqələrin bir çox sahələri əhatə etdiyini faydalı nəticələr verdiyini söyləmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən E.Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü vurğulamışdır. Bu xüsusda AŞ PA Bürosunda Dağlıq Qarabağ üzrə alt komitənin işinin bərpasına dair planları alqışlayan nazir, Azərbaycan tərəfinin həmin təşəbbüsü tamamilə dəstəklədiyini qeyd etmiş PA-nın bu istiqamətdə səylərinin davam etdirilməsinin vacibliyini bildirmişdir.

Mövlud Çavuşoğlu Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunmasından məmnunluğunu qeyd edərək forumun bu cür tədbirlərin dünyada baş qaldıran dini, milli dözümsüzlük digər təhlükə yaradan mənfi halların qarşısını almaq prosesində böyük rol oynadığını xüsusi qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-8 aprel.- S. 5.