Azərbaycanın müdafiə naziri Türkiyəyə getmişdir

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə milli müdafiə naziri Vejdi Gönülün dəvəti ilə aprelin 7-də Ankaraya rəsmi səfərə yola düşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, S.Əbiyevin Türkiyədə keçirəcəyi görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq regionda təhlükəsizlik məsələləri müzakirə ediləcəkdir.

Müdafiə naziri S.Əbiyevin Türkiyənin yüksək səviyyəli dövlət hökumət rəsmiləri ilə görüşləri gözlənilir.

 

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 5.