"İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi Beynəlxalq
Layihə Olimpiadasının
iştirakçıları ilə görüş olmuşdur
Bakıda keçirilən
ənənəvi Ətraf
Mühitin Mühafizəsi
V Beynəlxalq Layihə
Olimpiadasının (İNEPO-EUROASİA) bir qrup iştirakçısı
ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində
görüş keçirilmişdir.
Görüşdə Əfqanıstan,
Litva, Makedoniya, Polşa və Tailanddan gəlmiş müəllim və şagirdlər iştirak etmişlər.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov olimpiada iştirakçılarını
salamlayaraq ekologiya və təbiəti mühafizə problemlərinə
həsr olunmuş beynəlxalq layihə olimpiadasının 2007-ci ildən
başlayaraq hər il ənənə kimi keçirilməsini yüksək qiymətləndirdiyini
bildirmişdir.
Nazir tədbir iştirakçılarına
Azərbaycanın tarixi,
ekoloji problemlərin həlli istiqamətində
ardıcıl və səmərəli tədbirlərin
həyata keçirilməsi,
ölkə ərazisində
genişmiqyaslı yaşıllaşdırma
işlərinin aparılması,
çirklənmiş torpaqların
təmizlənməsi və
digər görülmüş işlər
barədə məlumat
vermişdir.
Görüşdə iştirak edən
olimpiada iştirakçıları
isə Bakı şəhərinin onlarda xoş təəssüratlar
yaratdığını, burada
olduqlarından məmnunluq
hissi keçirdiklərini
bildirmiş və ətraf mühitin mühafizəsi ilə bağlı olimpiadaya təqdim etdikləri layihələr barədə
danışmışlar.
Sonda nazir olimpiada
iştirakçılarına uğurlar arzulamış və görüş iştirakçılarına hədiyyələr
təqdim olunmuşdur.
Azərbaycan.- 2011.- 8 aprel.- S. 6.