Ən böyük sərvət
sağlamlıqdır
Ümumdünya Səhiyyə Assambleyasının təşəbbüsü ilə 1950-ci ildən dünya ictimaiyyəti hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edir. 1948-ci ilin həmin günü Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyi - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılmış, dünya üzrə qlobal səhiyyə məsələlərinin müzakirəsi, tənzimlənməsi və həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoyulmuşdur.
Aprelin 7-də ÜST
üçün prioritet sayılan problemlər geniş müzakirə
edilir. Başqa sözlə, Ümumdünya Sağlamlıq
Günü səhiyyə sahəsində beynəlxalq ictimaiyyəti
düşündürən, qlobal sağlamlıq
üçün böyük əhəmiyyət kəsb edən
başlıca problemlərə diqqət yönəltmək
baxımından geniş imkanlar açır. Ona görə də
hər il bir mövzu gündəmə gətirilir. 2008-ci ildə
Ümumdünya Səhiyyə gününün əsas hədəfi
insan sağlamlığını iqlim dəyişikliyinin zərərli
təsirlərindən qorumaq zərurəti idi. 2009-cu ildə
həmin gün "İnsan həyatını xilas edək.
Fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyni
təmin edək!" şüarı altında
keçirilmişdi. Ötən il isə Ümumdünya
Sağlamlıq Gününün "Urbanizasiya və
sağlamlıq" mövzusu urbanizasiyanı
bütünlükdə dünya əhalisinin, o cümlədən
ayrı-ayrılıqda hər birimizin səhhətinə zərərli
təsirinin etirazının rəmzi olaraq seçilmişdi.
Urbanizasiya bir çox səhiyyə problemləri, o cümlədən
su, ətraf mühit, zorakılıq və travmalar,
qeyri-infeksion xəstəliklər və onların risk
faktorları olan tütünçəkmə, düzgün
qidalanmamaq, fiziki aktivliyin olmaması, spirtli içkilərin
sui-istifadəsi, eləcə də xəstəliklərin əmələgəlmə
təhlükələri ilə əlaqələndirilir.
2010-cu ildə dünya miqyasında, habelə şəhərlərin
sağlamlaşdırılması uğrunda mübarizə də
prioritet məsələlərdən biri kimi ÜST-nin diqqət
mərkəzində olmuşdur. Bu il isə səhiyyə
günü "Gələcəyin təhlükəsizliyi:
Mikrob əleyhinə preparatlara qarşı
dözümlülük" mövzusunda keçiriləcəkdir.
Əsas məqsəd bütün insanların mumkün ola biləcək
ən yüksək sağlamlıq səviyyəsinə nail
olmalarını təmin etməkdir. Bir faktı da qeyd edək
ki, ÜST özünün Ümumdünya Səhiyyə
Assambleyası vasitəsilə 193 üzv dövlət tərəfindən
idarə olunur. Aprelin
7-də Azərbaycanın da
səhiyyə müəssisələrində, bu sahə
üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarında,
ümumən cəmiyyətdə səhiyyə məsələləri
ilə bağlı müzakirələr aparılır və
diqqət aktual problemlərə yönəldilir.
Səhiyyə sisteminin keyfiyyətcə
yeni dövrün tələblərinə
uyğunlaşdırılması, əhalinin
sağlamlığının etibarlı təminatına imkan
verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda
həyata keçirilən sosialyönümlü siyasətin
mühüm tərkib hissəsidir. Bu istiqamətdə
ardıcıl və sistemli olaraq həyata keçirilən
islahatların nəticəsi kimi ölkədə səhiyyə
sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir,
ən müasir texnologiyaların tətbiqi vətəndaşlara
göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli
dərəcədə yüksəlməsini təmin edir.
"Biz artan iqtisadi
imkanlarımızı ilk növbədə sosial sahələrin
inkişafına, təhsilin, o cümlədən səhiyyənin
problemlərinin həllinə yönəltməliyik", - deyən
Azərbaycan Prezidenti İlham Əliyev son illər bu sahələrin
problemlərinin kompleks həlli istiqamətində mühüm
tədbirlər görmüşdür. Məsələn, əgər
2005-ci ildə səhiyyəyə dövlət büdcəsindən
110 milyon manat ayrılmışdırsa, 2006-cı ildə bu rəqəm
179 milyon, 2007-ci ildə 269 milyon, 2008-ci ildə 330 milyon, 2009-cu
ildə 508,9 milyon manat olmuşdur. Qlobal maliyyə-iqtisadi
böhrana baxmayaraq, 2010-cu ildə səhiyyəyə dövlət
büdcəsindən 479 milyon, 2011-ci ildə isə 545 milyon
manat vəsaitin ayrılması da Azərbaycan dövlətinin
insanların sağlamlığı məsələsinə
necə böyük həssaslıqla
yanaşdığını göstərir.
Tibbi xidmətin müasir tələblər
səviyyəsində qurulması üçün, ilk növbədə,
bu sahədə infrastrukturun müasirləşdirilməsi
istiqamətində tədbirlər diqqət mərkəzində
saxlanılmışdır. Dövlət
başçısının regionların inkişafı ilə
bağlı son illərdə imzaladığı dövlət
proqramlarında səhiyyə sisteminə də geniş yer
ayrılmışdır. Həmin dövlət
proqramlarında bölgələrdə insanlara yüksək səviyyədə
tibbi xidmətin göstərilməsini təmin edəcək
bir sıra təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsi - yeni xəstəxanaların,
poliklinikaların inşası, yaxud mövcud səhiyyə
müəssisələrinin müasir tələblər səviyyəsində
təmir və bərpa olunması, onların maddi-texniki, habelə
zəruri tibbi ləvazimatlarla təminatı məsələləri
geniş əksini tapmışdır. 2003-cü ildən etibarən
Azərbaycanda 300-dək tibb müəssisəsi tikilmiş və
yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə
verilmişdir. Lənkəranda, Qazaxda, Siyəzəndə,
Şirvanda, Naxçıvanda, Şahbuzda, Gəncədə, Bərdədə,
Zaqatalada, Qubada, Qəbələdə və Şamaxıda müasir
tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri
inşa olunmuşdur.
Tibb müəssisələrinin
tikinti və yenidənqurma işləri ilə yanaşı,
onların təchizat məsələləri də daim diqqət
mərkəzindədir. İstifadəyə verilmiş
müalicə müəssisələrinin əksəriyyətində
unikal cərrahi əməliyyatların aparılması
üçün hər cür şərait
yaradılmış, Avropanın, Amerikanın və
Yaponiyanın məşhur şirkətlərinin istehsalı
olan qabaqcıl tibbi avadanlıqlar
quraşdırılmışdır. Bundan başqa, təcili
və təxirəsalınmaz tibbi yardım xidmətləri də
təkmilləşdirilmişdir.
Son illər səhiyyə sahəsində
beynəlxalq əməkdaşlıq əlaqələri də
genişlənir. Keçən ayın 28-də ÜST-nin
Qlobal Malyariya Proqramının direktoru Robert Nyuma Bakıda
olmuş, Azərbaycanda malyariya ilə mübarizə sahəsində
əldə edilmiş nailiyyətlərlə
Əhalinin
sağlamlığının təmin olunması xüsusi həssaslığı
ilə seçilən elə bir sosial amildir ki, bu sahədə
mövcud problemlərin tam aradan qaldırılması
üçün bəzən dövlət tərəfindən
görülən tədbirlər yetərli olmur. Cəmiyyətin
ən müxtəlif təbəqələrinə mənsub
insanların şəfa tapmaq üçün əlahiddə
köməyə ehtiyacı yaranır. Bununla bağlı Heydər
Əliyev Fondunun həyata keçirdiyi səhiyyə layihələri
2004-2010-cu illərdə səhhətindəki problemlər
üzündən əziyyət çəkən minlərlə
insanı yenidən sağlam həyata qaytarmışdır. Fondun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
Azərbaycan səhiyyəsində mövcud olan problemləri
daha yaxşı görməklə ictimaiyyəti həmin
problemlərin həlli istiqamətində səfərbər
etməyə, ələlxüsus tibbi yardıma böyük
ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək
diqqət və həssaslıqla yanaşmağa
çalışır.
"Talassemiyasız həyat naminə" layihəsi Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu önlərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsi olmuşdur.
Heydər Əliyev Fondu səhiyyəyə qayğı siyasətini 2011-ci ildə də davam etdirir. Fevralın 9-da fondun təşəbbüsü ilə inşa olunmuş Gəncə Regional İnformasiya Mərkəzinin istifadəyə verilməsi bu istiqamətdə mühüm addımlardan biridir. Belə bir mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir.
Mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən ümumilikdə 60 mindən çox fiziki cəhətdən qüsurlu insan istifadə edə biləcəkdir.
Bu il fevralın 25-də Bakının Pirşağı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 34 nömrəli şəhər səhiyyə kompleksinin belə layihələrin davamlı xarakter daşıdığını göstərir.
Bu gün dövlətin sosialyönümlü siyasətində səhiyyə məsələləri daim ön plandadır. Yüksək diqqət və qayğının müqabilində indi tibb işçilərinin qarşısında duran başlıca vəzifə dövlətin müəyyənləşdirdiyi səhiyyə konsepsiyasının icrasında fəal iştirak etmək, eyni zamanda, vətəndaşlara layiqli xidmət göstərməkdir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.- 8 aprel.- S. 10.