Aytən Məhərrəmova: "Xalqımızın bu tükənməz mənəvi sərvətini əcnəbi dinləyiciyə sevdirməyə çalışıram"

 

Azərbaycan muğamlarını möhtəşəm beynəlxalq müsabiqədə tanıtmaq bizim üçün böyük fəxrdir. Mən Bakıda keçirilən "Muğam aləmi" II Beynəlxalq muğam festivalında iştirakımdan qürur duyuram. Biz gənclərə belə bir imkan yaradıldığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm.

Bu sözləri II Beynəlxalq muğam müsabiqəsinin iştirakçısı, gənc ifaçı Aytən Məhərrəmova AzərTAc-a müsahibəsində demişdir. Mən müsabiqədə Azərbaycanı təmsil edən 5 ifaçıdan biriyəm. Müsabiqədə yer tutub-tutmamağımdan asılı olmayaraq, çalışırdım ki, xalqımızın bu tükənməz mənəvi sərvətini əcnəbi dinləyiciyə sevdirim. İnanıram ki, belə muğam müsabiqələri yaxın onilliklərdə öz coğrafiyasını daha da genişləndirəcək və muğama olan sevgi daha da artacaqdır.

 

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 12.