Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dövlət Bayrağı
Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamənin,
idarənin strukturunun təsdiq edilməsi və
aparatının işçilərinin say həddinin müəyyən
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Dövlət Bayrağı Meydanı Kompleksi
İdarəsinin fəaliyyətini təmin etmək məqsədilə
qərara alıram:
1. "Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturu" təsdiq
edilsin (əlavə olunur).
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Bayrağı Meydanı Kompleksi İdarəsinin
aparatının işçilərinin say həddi 30 ştat
vahidi müəyyən edilsin.
4. Müəyyən edilsin
ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Dövlət Bayrağı Meydanı Kompleksi
İdarəsinin tabeliyində olan qurumlar dövlət büdcəsinin
vəsaiti, həmçinin xidmətlər göstərilməsindən
və işlərin görülməsindən əldə edilən
vəsait hesabına fəaliyyət göstərirlər.
5. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 aprel
2011-ci il
Azərbaycan.- 2011.- 9 aprel.- S., 1.