Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dövlət Bayrağı
Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 8 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti yanında Dövlət Bayrağı
Meydanı Kompleksi İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 24
noyabr tarixli 355 nömrəli fərmanına
əsasən yaradılmışdır.
İdarə Bakı şəhərindəki Dövlət
Bayrağı Meydanı
Kompleksinin (bundan sonra - Kompleks) vəziyyəti, fəaliyyəti,
perspektiv inkişafı
və mühafizəsi
üzrə tədbirlərin
yerinə yetirilməsinə
dövlət nəzarətini
həyata keçirən
icra hakimiyyəti orqanıdır.
1.2. İdarə
öz fəaliyyətində
Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını,
Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
və bu Əsasnaməni rəhbər
tutur.
1.3. İdarə
öz vəzifələrini
yerinə yetirərkən
və hüquqlarını
həyata keçirərkən
digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə
orqanları və qeyri-hökumət təşkilatları
ilə qarşılıqlı
əlaqədə fəaliyyət
göstərir.
1.4. İdarə
müstəqil balansa,
sərəncamında olan
dövlət əmlakına,
xəzinə və
bank hesablarına, üzərində
Azərbaycan Respublikasının
Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq
ştamplara və blanklara malikdir.
1.5. İdarənin
saxlanma xərcləri
və fəaliyyəti
Azərbaycan Respublikasının
dövlət büdcəsinin
vəsaiti, büdcədənkənar
vəsaitlər, kreditlər
və qrantlar, ianələr, tabeliyində
olan qurumlar tərəfindən xidmətlər
göstərilməsindən və işlərin görülməsindən əldə
edilən vəsait hesabına maliyyələşdirilir.
1.6. İdarə
Bakı şəhərində
yerləşir.
2. İdarənin fəaliyyət
istiqamətləri
2.1. İdarənin
fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1. Kompleksin
vəziyyəti, fəaliyyəti,
perspektiv inkişafı
və mühafizəsi
üzrə tədbirlərin
yerinə yetirilməsinə
dövlət nəzarətini
həyata keçirmək;
2.1.2. Kompleksin
fəaliyyətini təmin
etmək;
2.1.3. Kompleksə
dair proqnozlaşdırma
və planlaşdırma
işlərini təşkil
etmək və kompleksin perspektiv inkişafını təmin
etmək.
3. İdarənin vəzifələri
3.1. Bu Əsasnamə
ilə müəyyən
edilmiş fəaliyyət
istiqamətlərinə uyğun
olaraq İdarənin vəzifələri aşağıdakılardır:
3.1.1. Kompleksin
vəziyyəti, fəaliyyəti,
perspektiv inkişafı,
bərpası və mühafizəsi sahəsində
dövlət proqramlarının
və inkişaf konsepsiyalarının həyata
keçirilməsini öz
səlahiyyətləri daxilində
təmin etmək;
3.1.2. İdarənin
fəaliyyət istiqamətlərinə
dair məsələlərlə
bağlı digər icra hakimiyyəti orqanlarının fəaliyyətini
əlaqələndirmək;
3.1.3. Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həmin müqavilələrin
həyata keçirilməsini
təmin etmək;
3.1.4. Kompleksin
ərazisində hər
hansı bərpa, inşaat-təmir, rekonstruksiya
işləri üzrə
layihə-smeta sənədlərini
müvafiq qurumlarla razılaşdırmaq və
təsdiq etmək, müxtəlif qorunma tələbləri irəli
sürmək;
3.1.5. Azərbaycan
Respublikasının Dövlət
bayrağının mahiyyətini
və əhəmiyyətini
əhali arasında geniş təbliğ etmək, həmin məqsədlə muzey təşkil etmək;
3.1.6. qabaqcıl
beynəlxalq təcrübə
nəzərə alınmaqla,
elmi-texniki nailiyyətlərin
tətbiqini təmin etmək;
3.1.7. dövlət
büdcəsinin və
büdcədənkənar dövlət
fondlarının aidiyyəti
üzrə ayrılan
vəsaitlərindən, kreditlər,
qrantlar və digər maliyyə vəsaitlərindən təyinatına
uyğun səmərəli
istifadə olunmasını
təmin etmək;
3.1.8. fəaliyyət
istiqamətlərinə uyğun
təhlükəsizlik tədbirləri
görmək;
3.1.9. Kompleksin
ərazisinin qorunması
və mühafizəsi
sahəsində pozuntu
hallarının aradan
qaldırılması barədə
icrası məcburi olan göstərişlər
vermək və müvafiq tədbirlər görmək;
3.1.10. Kompleksin
ərazisində törədilmiş
inzibati xətalar və digər hüquq pozuntuları barədə müvafiq dövlət orqanlarına
müraciət etmək;
3.1.11. fəaliyyət
istiqamətlərinə uyğun
mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər
görmək;
3.1.12. öz
fəaliyyəti haqqında
əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını,
malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
açıqlanmalı olan
ictimai informasiyanın
həmin saytda yerləşdirilməsini və
bu informasiyanın daim yeniləşdirilməsini
təmin etmək;
3.1.13. İdarənin
strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində öz
səlahiyyətləri daxilində
tədbirlər görmək;
3.1.14. İdarənin
fəaliyyəti ilə
bağlı daxil olan ərizə və şikayətlərə
baxmaq və müvafiq tədbirlər görmək.
4. İdarənin hüquqları
4.1. İdarə
öz vəzifələrini
yerinə yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
4.1.1. Kompleksin
vəziyyəti, fəaliyyəti,
perspektiv inkişafı,
bərpası və mühafizəsi ilə bağlı normativ hüquqi və qeyri-normativ hüquqi aktların layihələrini
hazırlamaq və ya onların hazırlanmasında iştirak
etmək;
4.1.2. zəruri
məlumatlar (sənədlər)
almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu
vermək;
4.1.3. fəaliyyət
istiqamətlərinə uyğun
rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;
4.1.4. Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq, müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq
qurumları ilə əməkdaşlıq etmək,
fəaliyyət istiqamətlərinə
uyğun beynəlxalq təcrübəni öyrənmək;
4.1.5. fəaliyyətinin
təşkili məqsədi
ilə mütəxəssislərin
seçilib yerləşdirilməsi
üçün müvafiq
tədbirlər görmək;
4.1.6. tabeliyində
olan qurumlar vasitəsilə Kompleksin bərpası və inkişafı üzrə
layihə-smeta sənədlərinin
hazırlanmasını, tikinti-quraşdırma,
təmir və bərpa işlərini təşkil etmək;
4.1.7. müstəqil
ekspertləri və mütəxəssisləri "Dövlət satınalmaları
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq öz fəaliyyətinə
cəlb etmək;
4.1.8. həmin
məqsədlər üçün
nəzərdə tutulmuş
vəsaitlər dairəsində
xüsusi bülletenlər
və digər nəşrlər buraxmaq.
5. İdarənin fəaliyyətinin
təşkili
5.1. İdarənin
aparatı və tabeliyində olan qurumlar İdarənin vahid sistemini təşkil edir. İdarə öz fəaliyyətini bilavasitə
və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. İdarənin
Əsasnaməsinin və
strukturunun təsdiq olunması, aparatının
işçilərinin say həddinin
müəyyən edilməsi
Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
həyata keçirilir.
5.3. İdarənin
strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı
Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq
edilir.
5.4. İdarənin
fəaliyyətinə Azərbaycan
Respublikasının Prezidenti
tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən İdarənin rəisi rəhbərlik edir. İdarənin rəisi İdarəyə
həvalə olunmuş
vəzifələrin yerinə
yetirilməsi və hüquqların həyata keçirilməsi üçün
şəxsən məsuliyyət
daşıyır.
5.5. İdarə
rəisinin Azərbaycan
Respublikasının Prezidenti
tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən bir müavini vardır. İdarə rəisinin müavini İdarənin rəisi tərəfindən
ona həvalə olunmuş vəzifələri
yerinə yetirir və bunun üçün
şəxsən məsuliyyət
daşıyır.
5.6. İdarənin
rəisi:
5.6.1. İdarənin
fəaliyyətini təşkil
edir və ona rəhbərlik edir;
5.6.2. İdarənin
aparatının struktur
bölmələrinin əsasnamələrini
təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin
nizamnamələrini isə
təsdiq olunmaq üçün təqdim
edir;
5.6.3. müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və işçilərin
say həddi daxilində
İdarənin aparatının
və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində onların
xərclər smetasını
təsdiq edir;
5.6.4. İdarənin
aparatının işçilərini,
tabeliyindəki qurumların
rəhbərlərini vəzifəyə
təyin və vəzifədən azad edir, onlar barəsində
həvəsləndirmə və
intizam tənbehi tədbirləri görür;
5.6.5. öz
səlahiyyəti daxilində
icrası məcburi olan əmr və
sərəncamlar verir,
onların icrasına nəzarəti həyata keçirir, normativ hüquqi və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir;
5.6.6. İdarənin
vəzifəli şəxslərinin
qanunvericiliyə zidd qərarlarını ləğv
edir;
5.6.7. İdarəni
təmsil edir;
5.6.8. İdarənin
fəaliyyətinə dair
illik hesabatı Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
təqdim edir.
5.7. İdarənin
rəisinin, rəis müavininin və aparatının işçilərinin
əməyinin ödənilməsi
normaları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikasının
mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərlərinin, rəhbər
müavininin və aparatının işçilərinin
əməyinin ödənilməsi
normalarına və təminatlarına bərabər
tutulur.
5.8. Müvafiq
sahədə elmi-texniki
nailiyyətlərin və
qabaqcıl beynəlxalq
təcrübənin öyrənilməsi
və həyata keçirilməsi üçün
İdarədə ictimai
əsaslarla fəaliyyət
göstərən Elmi-Texniki
Şura yaradıla bilər. Elmi-Texniki Şura haqqında Əsasnamə İdarənin
rəisi tərəfindən
təsdiq edilir.
Azərbaycan.- 2011.- 9 aprel.- S. 5.