Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanın müdafiə
nazirini qəbul etmişdir
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətini Çankaya köşkündə qəbul etmişdir. Səfər Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkiyənin dövlət başçısına çatdırmışdır. Abdullah Gül də özünün səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş etmişdir.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunmuş, bu əlaqələrin gələcəkdə də uğurla davam edəcəyi vurğulanmışdır.
Azərbaycan nümayəndə
heyəti Türkiyə
Silahlı Qüvvələri
Baş Qərargahının
rəisi ordu generalı İşık
Koşanerlə də
görüşmüşdür. Görüşlərdə Azərbaycanın
Türkiyədəki səfiri
Faiq Bağırov iştirak etmişdir.
Azərbaycan.- 2011.- 9 aprel.- S. 2.