Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federasiya
Şurasının sədr müavini Svetlana Orlova ilə
görüşmüşdür
Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Svetlana Orlovanı Azərbaycanda görməkdən məmnun olduğunu demişdir.
Azərbaycanın birinci xanımı Svetlana Orlovaya dəvəti qəbul edib Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəldiyinə görə təşəkkürünü bildirmişdir.
Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayan Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini keçirilmiş müzakirələrin böyük maraq doğurduğunu demişdir. Qonaq müasir dünyada gender problemlərinin həllinin vacibliyini qeyd etmişdir.
Svetlana Orlova sürətlə inkişaf edən Bakı haqqında təəssüratlarını da bölüşmüşdür.
AzərTAc
Azərbaycan.- 2011.- 9 aprel.- S. 3.