Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin ilə
görüşmüşdür
Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin ilə görüşmüşdür.
Qonağı Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva Bakıda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın birinci xanımı forumda keçirilən diskussiyaların, səslənən fikirlərin bir çox məsələlərin həllinə yardım edəcəyinə əminliyini bildirmişdir.
Forumda iştirak etmək üçün Bakıya dəvət edildiyinə görə təşəkkürünü bildirən Anna Marie Lizin Azərbaycan ilə Belçika parlamentləri arasında əməkdaşlığın daha da möhkəmlənməsini arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2011.-9 aprel.- S. 3.