Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva YUNESKO-nun keçmiş baş
direktoru Koişiro Matsuura ilə
görüşmüşdür
Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür.
Koişiro Matsuuranı yenidən Bakıda görməkdən məmnun olduğunu deyən Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulamışdır.
Mehriban xanım Əliyeva Bakının artıq beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyini demişdir.
Azərbaycanın birinci xanımı YUNESKO-nun keçmiş baş direktoru ilə görüşlərini və Bakıda Novruz bayramını birlikdə qeyd etmələrini xatırlayaraq onun forumda iştirakının önəmini vurğulamışdır.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirən Koişiro Matsuura sivilizasiyalararası əməkdaşlığın genişləndirilməsində forumun əhəmiyyətini qeyd etmişdir.
2009-cu ildə Novruz bayramı münasibətilə Bakıda təşkil olunan mərasimlərdə iştirak etməsini məmnunluqla xatırlayan Koişiro Matsuura həmin şənliklərin onda böyük təəssürat yaratdığını demişdir.
Qonaq Bakıya sonuncu səfərindən sonra paytaxtımızın daha da gözəlləşdiyini vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 9 aprel.- S. 3.