Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə görüşmüşdür

 

Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə görüşmüşdür.

İrina Calal Marini Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva Bakı forumunun mədəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycan-Rumıniya əlaqələrindən danışmış, Rumıniyada Heydər Əliyev Fondunun nümayəndəliyinin fəaliyyət göstərdiyini bildirmişdir.

Azərbaycanın birinci xanımının Rumıniyaya səfərini xatırladan İrina Calal Marin fondun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirmişdir.

Qonaq nümayəndəlik tərəfindən Rumıniyadakı kolleclərdən birinin kompüter digər avadanlıqla təchiz edildiyini ölkələrimiz arasında olan sıx əməkdaşlığın nümunəsi olduğunu demişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 3.