Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır

 

Aprelin 8-də Bakıda öz işini davam etdirən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.

AzərTAc xəbər verir ki, sənədi İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri TÜRKSOY-un baş katibi Düsen Kaseinov imzalamışlar. İSESKO-nun baş direktoru bildirmişdir ki, TÜRKSOY-a üzv olan ölkələr islam mədəniyyətinə, ümumiyyətlə, dünya mədəni irsinə böyük töhfə vermişlər. Biz inanırıq ki, iki qurumun birgə əməkdaşlığı yeni layihələrin, tədbirlərin daha böyük coğrafi ərazidə keçirilməsinə təkan verəcəkdir.

Düsen Kaseinov da öz növbəsində belə mühüm bir sənədin imzalanmasını qarşılıqlı əməkdaşlıq üçün böyük bir addım hesab etmişdir. Natiq inamla söyləmişdir ki, hər iki qurum bundan sonra da islam mədəniyyətinin təbliğinə yeni töhfələr verəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 4.