Azərbaycan Bolqarıstan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair saziş imzalanmışdır

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov aprelin 8-də Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır.

Ə.Qarayev bildirmişdir ki, bu sənəd Azərbaycan ilə Bolqarıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə, o cümlədən qarşılıqlı tədbirlərin təşkilinə təkan verəcəkdir.

V.Rəşidov isə sazişin Azərbaycanda imzalanmasını təqdirəlayiq hadisə kimi qiymətləndirmişdir.

 

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 4.