Prokurorluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Prokurorluq haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 688; 2000-ci il, ¹ 7, maddə 494; 2002-ci il, ¹ 8, maddə 464; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 202; 2005-ci il, ¹ 10, maddələr 874, 876, 902; 2006-cı il, ¹ 11, maddə 927; 2007-ci il, ¹ 1, maddə 1, ¹ 2, maddə 82; 2009-cu il, ¹ 6, maddə 399, ¹ 11, maddələr 877, 878; 2010-cu il, ¹ 11, maddə 944) aşağıdakı dəyişikliklər edilsin:

1. 17-ci maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

Korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını ya istintaqın aparılmasını təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirir.”.

2. 18-ci maddənin üçüncü hissəsi dördüncü hissə hesab edilsin aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2011-ci il.

 

Azərbaycan.- 2011.- 10 aprel.- S. 1.