“Əməliyyat-axtarış
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 11, maddə 612; 2002-ci il, ¹ 5, maddə 250, ¹ 6, maddə 328; 2004-cü il, ¹ 3, maddə 133; 2005-ci il, ¹ 12, maddə 1079; 2006-cı il, ¹ 2, maddə 64, ¹ 11, maddə 933, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 6, maddə 560; 2008-ci il, ¹ 4, maddə 252, ¹ 6, maddə 462; 2010-cu il, ¹ 3, maddə 172, ¹ 6, maddə 487) aşağıdakı dəyişikliklər edilsin:
5-ci maddə üzrə:
1.1. I hissə aşağıdakı redaksiyada verilsin:
“I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir.”;
1.2. II hissədə “hansı təhqiqat orqanı” sözləri “əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti” sözləri ilə əvəz edilsin;
1.3. III hissədə “Təhqiqat orqanlarının” sözləri “Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin” sözləri ilə əvəz edilsin;
1.4. IV hissədə “müvafiq icra hakimiyyəti orqanları” sözlərindən sonra “və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı” sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda V hissə əlavə edilsin:
“V. Korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər.”.
2. 20-ci maddə üzrə:
2.1. I hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.”;
2.2. III hissədə “prokurora” sözü “prokuror nəzarətinin subyektinə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 mart 2011-ci il.
Azərbaycan.- 2011.- 10 aprel.- S. 2.