Prokurorluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 96-IVQD nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsində dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Prokurorluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 96-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarınınProkurorluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər digər informasiya resursları) real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qüvvədə olan normativ xarakterli aktlarınProkurorluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.

3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹10, maddə 794; 2008-ci il, ¹1, maddə 9; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 mart tarixli 402 nömrəli Fərmanı) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci bənddəibtidai istintaqsözlərindən sonra əməliyyat-axtarış fəaliyyətisözləri əlavə edilsin;

3.2. 5.3-cü bənddəfəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görür bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindənsözlərifəaliyyətini həyata keçirir, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini İdarənin yazılı tapşırığı əsasında əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri yerinə yetirdikdə bu sahədəsözləri ilə əvəz edilsin;

3.3. 7.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“7.4. korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi açılması məqsədiləƏməliyyat-axtarış fəaliyyəti haqqındaAzərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş bütün əməliyyat-axtarış tədbirlərini həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirir, zərurət yarandıqda, bu sahədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinə tapşırır görülmüş tədbirlər barədə məlumat alır;”;

3.4. 11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“11. İdarə tərəfindən əməliyyat-axtarış fəaliyyətinin yerinə yetirilməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.”;

3.5. 12-ci bənddəsözü “, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən işçilərindən digərsözləri ilə əvəz edilsin;

3.6. aşağıdakı məzmunda 12-1-ci bənd əlavə edilsin:

“12-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliklərə malik şəxslərdən istifadə etməklə fiziki ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanılması məqsədilə İdarədə mütəxəssislər qrupu yaradıla bilər.”;

3.7. 19.8-ci bənddəİdarəyə ezam edilmiş əməliyyat-axtarış subyektləri əməkdaşlarının İdarənin işçilərininsözləriİdarənin işçilərinin birgə istintaq-əməliyyat qrupları üzvlərininsözləri ilə əvəz edilsin;

3.8. 19.9-cu bənddə İdarəyə ezam edilmişsözləri “, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən işçilərindən digərsözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2011-ci il.

 

Azərbaycan.- 2011.-10 aprel.- S. 1.