“Əməliyyat-axtarış
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2011-ci il 18 mart tarixli 95-IVQD nömrəli
Qanununun tətbiqi və “Əməliyyat-axtarış
tədbirlərinin həyata
keçirilməsində əməliyyat-axtarış
subyektlərinin səlahiyyət
bölgüsü haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 95-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əməliyyat-axtarış
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi qüvvədə
olan normativ xarakterli aktların “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.
3. “Əməliyyat-axtarış
tədbirlərinin həyata
keçirilməsində əməliyyat-axtarış
subyektlərinin səlahiyyət
bölgüsü haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun tarixli 507 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 6, maddə
405; 2002-ci il, ¹ 8, maddə
478; 2003-cü il, ¹ 10, maddə
585; 2004-cü il, ¹ 1, maddə
19; 2005-ci il, ¹ 4, maddə
299; 2006-cı il, ¹ 2, maddə
92; 2010-cu il, ¹ 4, maddə
289) I bəndində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. birinci abzasda “Xüsusi Dövlət Mühafizə Xidməti” sözlərindən sonra
“, Azərbaycan Respublikasının
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə
İdarəsi” sözləri
əlavə edilsin;
3.2. səkkizinci abzasın
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda
doqquzuncu abzas əlavə edilsin:
“korrupsiya ilə bağlı cinayətlər
üzrə əməliyyat-axtarış
fəaliyyətini Azərbaycan
Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi
həyata keçirir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 aprel 2011-ci il.
Azərbaycan.- 2011.-10 aprel.- S. 2.