Azərbaycan və İraq
arasında mədəniyyət sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanmışdır
Bakıda öz işini uğurla başa çatdırmış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aprelin 9-da Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İraqın Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
AzərTAc xəbər verir ki, imzalanma mərasimindən əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ilə İraq arasında mövcud olan tarixi dostluq münasibətləri haqqında danışmışdır.
Nazir sənədin imzalanmasını ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirmişdir.
İraqın mədəniyyət nazirinin müavini Tahir Nazir Mahmud Əl Hamud ölkəsinin zəngin mədəniyyətə malik olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirmiş, bu baxımdan Memorandumun əhəmiyyətini xüsusi vurğulamışdır.
Sonra Əbülfəs
Qarayev və Tahir Nazir Mahmud Əl Hamud Anlaşma Memorandumunu
imzalamışlar.
Azərbaycan.- 2011.-10 aprel.- S. 3.