Ümumdünya Forumu çərçivəsində "İslam dünyasının
incəsənəti. Şərq
və Qərb" mövzusunda sərginin təşkili və keçirilməsi şərtləri
haqqında müqavilə
imzalanmışdır
Aprelin 9-da Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Rusiya Dövlət Ermitajı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi arasında Dövlət Ermitajının eskponatlarından ibarət "İslam dünyasının incəsənəti. Şərq və Qərb" mövzusunda sərginin təşkili və keçirilməsi şərtləri haqqında müqavilə imzalanmışdır.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski sənədin əhəmiyyəti haqqında danışmış, ölkələrimiz arasındakı mədəni əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişlər.
AzərTAc
Azərbaycan.- 2011.-10 aprel.- S.3.