Dünyanın nüfuzlu Euronews televiziya kanalı Bakıda keçirilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu ilə
bağlı geniş reportaj yayımlamışdır
Dünyanın nüfuzlu Euronews
televiziya kanalının
Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun geniş coğrafiyada təbliği üçün
əsas media tərəfdaşı kimi
çıxış etməsi
bu tədbirin möhtəşəmliyindən və ona göstərilən
beynəlxalq marağın
yüksək səviyyəsindən
xəbər verir.
AzərTAc xəbər verir ki, aprelin
8-də Euronews televiziya
kanalı forumla bağlı "Azərbaycanda
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu" adlı reportaj yayımlamışdır. Reportajın
mətni telekanalın
saytında yerləşdirilmişdir.
Reportajın əvvəlində
sual verilir: "Müxtəlif mədəniyyətlər
bir- biri ilə ziddiyyət aparmalı, yoxsa dialoq və qarşılıqlı anlaşma
üzərində əməkdaşlıq
etməlidir?".
Bu suala cavab axtaran
reportyor bildirir ki, Avropanın eyniləşmə böhranı
ilə üzləşdiyi
və mədəni plüralizm siyasəti həyata keçirərək
dalana dirənib-dirənmədiyini
aydınlaşdırmaq istədiyi
bir vaxtda Azərbaycan Respublikası
hesab edir ki, müxtəlif mədəniyyətlərin və
dinlərin nümayəndələrinin
birlikdə yaşadığı
cəmiyyət yaratmağa
müvəffəq olub".
Forumda iştirak etmiş Avropa Mədəniyyət Parlamentinin
baş katibi Karl-Erik Norman fikirlərini bölüşərək
demişdir: "Yəqin
ki, mədəniyyətlərarası
siyasətin müvəffəqiyyətsizliyə
uğradığını söyləmək düzgün
olmaz. Amma, bu da həqiqətdir
ki, siyasətçilər
və cəmiyyət bu dialoqda öz
hüquqları və
dəyərlərini tələb
etməyi unudublar.
Dünyanın aparıcı
ekspertlərinin və
mütəxəssislərinin toplaşdığı Bakı
Forumunun əsas ideyası mədəniyyətlərarası
dialoqun vacibliyini diqqətə çatdırmaq
idi.
Bakı Forumu göstərdi ki, rəsmi dairələrin və qeyri-hökumət təşkilatlarının
nümayəndələri ümumi
dəyərlərə söykənərək
qlobal problemləri baxışların və
ideyaların mübadiləsi
yolu ilə həll etmək istəyirlər".
Avropa Şurasının mədəniyyət, təbii
və mədəni irs departamentinin direktoru Robert Palmer Forumun mahiyyəti barədə fikirlərini açıqlayaraq
bildirmişdir: "Müasir
dünya qarşımızda
çoxlu problem qoyur. Dünyanın müxtəlif yerlərində
ayrı-seçkilik halları
çoxalır, işsizlik
artır, iqtisadi bərabərsizlik, təcridolunma
və qarşıdurma
hökm sürür, insanlar birgə yaşam haqqında baza prinsiplərini qəbul etmək istəmirlər. Bu bizim müasir dünyanın prinsipial çətinliyidir". R.Palmer
sual verir: "Ümumi prinsiplər, ümumi dəyərlər
fundamentini necə yaratmaq olar, bütün dünyada harmonik şəkildə yaşamaq üçün,
bir-birini anlamaq üçün hansı yol tapılmalıdır?".
O, qoyduğu sualı belə cavablandırır:
"Son illər dünya harmonik birgə yaşam tərzindən uzaq düşüb, cəmiyyətdə
zorakılığın artımı
qeydə alınıb.
Forumun iştirakçılarının
əksəriyyəti hesab
edir ki, bu vəziyyət siyasi və dini liderlərin dialoq aparmaq üçün uğursuz
cəhdlərinin nəticəsidir".
İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri Bakı Forumunu yüksək qiymətləndirərək demişdir:
"Məqsəd ekstremizmin istənilən təzahürü ilə onun harada - istər
Qərbdə, istər
Şərqdə, istər
Şimalda, istərsə
də Cənubda baş verməsindən asılı olmayaraq mübarizə aparmaqdır
və insanları birləşdirən prinsiplər
üzərində çalışmaqdır.
Mən hesab edirəm ki, biz bu ideyaları
yaymalıyıq. Bu ideyalar mütləq məktəb proqramlarının
bir hissəsi olmalıdır. KİV-lər
vasitəsilə mədəni
forumlar keçirilməlidir.
Bu ideyalar hər yerdə - sinaqoqlarda, kilsələrdə
və məscidlərdə
təbliğ olunmalıdır.
Mən düşünürəm
ki, biz uğur
qazanacağıq".
Reportajda Fransa Senatının üzvü
Natali Qulenin fikirləri də yer almışdır:
"Hər şey uşaqlarımızın tərbiyəsindən
başlanır. Biz onları digərlərinə
hörmət etməyi
öyrədirik. Adətən
bu məsələ qadınların öhdəsinə
düşür, sonra
isə estafet məktəbə keçir.
Amma siyasətin vacib rolu vardır.
Yaxşı siyasətçi
axına qarşı gedir, bu, digərləri
ilə bir axında getməkdən yaxşıdır. Ksenofobiya
siyasəti aparmaqdansa,
biz daha açıq olmalıyıq.
Amma bu, hazırda Avropada edilənlərin tam əksidir. Bakı Forumu xoş istisnadır".
Reportajda bildirilir ki, qadının cəmiyyətdə rolu və statusu məsələləri qadınlara
bir əsr bundan əvvəl seçmək və seçilmək hüququ vermiş müsəlman ölkəsi Azərbaycanda
keçirilmiş Forumun
əsas mövzularından
biri olub.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu barədə danışaraq
demişdir: "Azərbaycanda qadınlar bu gün bütün
sahələrdə təmsil
olunurlar - həm elm, həm siyasət,
həm səhiyyə,
həm təhsildə.
Mən hesab edirəm ki, Azərbaycan bir çox digər sahələrdə olduğu
kimi, bu baxımdan da yaxşı nümunə ola bilər".
"Gender bərabərliyinə
meyil mədəniyyətlərarası
dialoqda vahid platforma ola bilərmi"
sualını qoyan reportyor bəyan edir ki, bu
ideyanı islam təşkilatlarının nümayəndələri
alqışlayıblar. Buna
misal olaraq İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycrinin aşağıdakı
fikirləri misal gətirilib: "Hərəkət
etmək üçün
bizə iki ayaq lazımdır, bir ayaqla getmək
olmur. Kişilərlə
qadınlar öz cəmiyyətlərini qurmaqda
iştirak etmək üçün bərabər
hüquqa malik olmalıdırlar. Bu məsələ bəşəriyyətin
ləyaqət məsələsidir.
Biz hamımız insanıq və bizim aramızda ayrılıq yoxdur".
Jurnalist reportajını bu sözlərlə bitirir: "Hətta konkret addımlar sözdən çox nəticə verə bilər, danışıqlara
və bir-birini dinləməyə hazır
olmaq yaxşı nəticələr verə
bilər".
Azərbaycan.- 2011.-10 aprel.- S. 3.