Fuad Ələsgərov:
"Prokurorluq və Əməliyyat-axtarış fəaliyyəti
haqqında qanunlara dəyişikliklər korrupsiyaya
qarşı mübarizənin
daha səmərəli
təşkilini nəzərdə
tutur"
Azərbaycan Prezident Administrasiyasının
hüquq-mühafizə orqanları
ilə iş şöbəsinin müdiri
Fuad Ələsgərov
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Prokurorluq
haqqında" və
"Əməliyyat-axtarış fəaliyyəti haqqında"
qanunlara dəyişikliklərin
qüvvəyə minməsi
ilə əlaqədar
imzaladığı müvafiq
fərmanlarla bağlı APA-ya müsahibə
verib.
- Ötən həftə Azərbaycan Prezidenti tərəfindən
Prokurorluq haqqında və Əməliyyat-axtarış
fəaliyyəti haqqında
qanunlara dəyişikliklərin
qüvvəyə minməsi
ilə əlaqədar
müvafiq fərmanlar
imzalanıb. Qəbul edilmiş bu normativ hüquqi aktların məqsədləri
barədə nə deyə bilərsiniz?
- Son illər Azərbaycan dünya miqyasında iqtisadi inkişaf baxımından
ən sürətlə
inkişaf etmiş ölkələrdən biri
olub. Dünyada hökm sürən iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatımız
öz yüksək artım tempini qoruyub saxlayıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
ölkənin iqtisadi inkişafına mane olan bəzi neqativ halların aradan qaldırılması
və biznes mühitinin yaxşılaşdırılması
üçün əlavə
tədbirlər barədə
tapşırıqlar verilib.
Bu məqsədlə bürokratik əngəllərin
aradan qaldırılması,
şəffaflığın artırılması və
korrupsiyaya qarşı
mübarizənin daha da ciddi aparılması
üçün bir sıra qanunvericilik, institusional və praktiki tədbirlər görülüb. Bu ilin mart ayında
bir neçə qanun layihəsi, o cümlədən Prokurorluq və Əməliyyat-axtarış fəaliyyəti
haqqında qanunlara dəyişikliklər edilməsi
barədə qanun layihəsi Milli Məclisə göndərilib.
Qanunlara edilən dəyişikliklər ölkədə
korrupsiyaya qarşı
aparılan mübarizənin
daha səmərəli
formada təşkil edilməsini nəzərdə
tutur. Belə ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış qurumun
fəaliyyətinə baxmayaraq,
korrupsiya cinayətləri
ilə bağlı əməliyyat-axtarış tədbirləri
müxtəlif dövlət
orqanları tərəfindən
həyata keçirilirdi.
Qanunvericiliyə edilən
dəyişikliklərdən sonra əməliyyat-axtarış
tədbirləri yalnız
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi tərəfindən
aparılacaqdır.
Bundan əlavə, korrupsiyaya qarşı cinayət təqibinin vahid orqan tərəfindən
həyata keçirilməsi
beynəlxalq təşkilatların,
xüsusilə İqtisadi
Əməkdaşlıq və
İnkişaf təşkilatının
(OECD) tövsiyələrinə uyğundur. Qanun layihələri hazırlanarkən
qabaqcıl beynəlxalq
təcrübədən, xüsusilə
Latviya və Litvanın tətbiq etdiyi modellərdən istifadə edilib.
- Qeyd edilən normativ hüquqi aktların qəbulundan sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin fəaliyyətində
hansı yeniliklər gözlənilir?
- Dəyişikliklərdən sonra
Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin
fəaliyyəti daha çevik şəkildə
təşkil ediləcək.
Əvvəllər idarə
əməliyyat tədbirlərinin
həyata keçirilməsi
üçün digər
dövlət orqanlarına
müraciət edirdi. Bu zaman bürokratik
formallıqlar müəyyən
vaxt aparır və belə vəziyyət korrupsiyaya qarşı mübarizənin
vahid orqan tərəfindən aparılması
prinsipi ilə ziddiyyət təşkil edirdi. Bundan sonra idarə özü birbaşa əməliyyat-axtarış tədbirlərini
həyata keçirəcək.
Eyni zamanda, istintaqın keyfiyyətini
artırmaq məqsədilə
idarə əməliyyat-axtarış
tədbirlərinin həyata
keçirilməsi ilə
əlaqədar digər
dövlət orqanlarına
da tapşırıq verə bilər.
Bildiyiniz kimi, Azərbaycan Prezidentinin bu ilin 11 mart
tarixində imzaladığı
fərmanla Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin işçilərinin
sayı əsaslı şəkildə artırılıb.
Qanunun qəbul edilməsi ilə əlaqədar idarənin strukturunda dəyişikliklərin
edilməsi və yeni struktur bölmələrin
yaradılması nəzərdə
tutulur. Bundan əlavə, əməkdaşların
aylıq vəzifə
maaşlarının artırılması,
fəaliyyətinin maddi-texniki
təminatının yaxşılaşdırılması
ilə bağlı əlavə tədbirlər
görülməsi də
təmin ediləcək.
İdarə üçün
hazırda yeni inzibati bina tikilməkdədir.
Dəyişikliklər, həmçinin
korrupsiyaya qarşı
mübarizə tədbirlərinin
əlaqələndirilməsini və bu sahədə
əməliyyat tədbirlərinin
qanunvericiliyə uyğun
həyata keçirilməsinə
nəzarəti asanlaşdıracaq.
- Korrupsiyaya qarşı mübarizə
və şəffaflığın
artırılması sahəsində
hansı digər qanunvericilik aktlarının
qəbul edilməsi nəzərdə tutulur?
- Azərbaycan Prezidenti tərəfindən bu ilin fevral ayında
Cinayət Məcəlləsinə
dəyişikliklərin edilməsi
barədə digər
qanun layihəsi Milli Məclisə təqdim edilib. Layihə korrupsiya cinayətləri subyektlərinin
dairəsini genişləndirməyi,
rüşvətalma və
rüşvətvermə, o
cümlədən nüfuz
alveri cinayətlərinin
tərkiblərinin genişləndirilməsini
nəzərdə tutur.
Qanunvericilik tədbirləri
ilə yanaşı, vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlığın genişləndirilməsi və
birgə layihələrin
həyata keçirilməsi
korrupsiyaya qarşı
mübarizənin prioritet
istiqamətlərindəndir. Bu məqsədlə yaxın günlərdə
Korrupsiyaya Qarşı
Mübarizə üzrə
Komissiya və qeyri-hökumət təşkilatlarının
iştirakı ilə
birgə forum keçiriləcək.
Korrupsiyaya qarşı mübarizə
ardıcıl bir prosesdir. Azərbaycan Prezidentinin tapşırıqlarına
əsasən, bu sahədə tədbirlərin
davamlılığı daim
təmin ediləcək.
Azərbaycan.- 2011.-12 aprel.- S. 4.