Mənim təsəvvürümdə Azərbaycan nəinki Yaxın Şərqin, hətta Avropanın ən gözəl ölkələrindən biridir

 

Gənc olmağıma baxmayaraq, indiyədək dünyanın bir çox ölkələrini gəzmişəm. Azərbaycana isə ilk dəfədir ki, gəlmişəm. İlk baxışdan elə fikirləşirdim ki, burada müsəlmanlar yaşadığından daha çox ənənəvi Şərq ölkələrindən biri ilə qarşılaşacağam.

Amma Bakıya daxil olduğum andan bütün düşündüklərimin əksini gördüm. Mənim təsəvvürümdə Azərbaycan nəinki Yaxın Şərqin, hətta Avropanın ən gözəl ölkələrindən birinə çevrildi. Bu, məni çox sevindirir. Ona görə ki, dünyanın tərəqqisi bu cür hərtərəfli inkişafdan keçir.

Bu sözləri Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, İndoneziya Dövlət İslam Universitetinin tələbəsi Fauzi Mihtax AzərTAc-a müsahibəsində demişdir.

Qonaq vurğulamışdır ki, xalqlar arasında sülhə, həmrəyliyə, anlaşmaya nail olmaq üçün belə forumların keçirilməsi olduqca təqdirəlayiqdir. Mən Azərbaycan dövlətinin bu təşəbbüsünü alqışlayıram və arzu edirəm ki, sülhə çağırış dolu belə forumların, tədbirlərin sayı çox olsun.

 

 

Azərbaycan.- 2011.- 12 aprel.- S. 7.