Konqres başa çatmışdır
Bakıda keçirilən
Sivilizasiyaların İttifaqı
Uğrunda Qlobal Gənclər Hərəkatının
(SİQGH) birinci konqresi
aprelin 10-da başa çatmışdır. Qırx ölkədən
100-dən çox gəncin
iştirak etdiyi konqresdə hərəkatın
fəaliyyət mexanizmləri,
beynəlxalq təşkilatlarla
əməkdaşlıq, xüsusilə
mədəniyyətlərarası fobiya zəminində baş verən münaqişələrin həllinə
yönəlmiş mexanizmləri
özündə əks
etdirən Nizamnamə,
Bakı Bəyannaməsi
və Fəaliyyət
Planı qəbul olunmuşdur.
AzərTAc xəbər verir ki, tədbirin bağlanış mərasimində
Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov,
Avropa Şurasının
gənclər və idman departamentinin direktoru Ralf-Rene Vaynqartner, BMT-nin Sivilizasiyaların İttifaqı
gənclər proqramının
əlaqələndiricisi İzabella Leqare, Gənclər Təşkilatları Milli
Şurasının sədri,
Milli Məclisin deputatı Fuad Muradov, Gənclər və İdman Nazirliyinin gənclərlə
iş şöbəsinin
müdiri Fərhad Hacıyev iki gün ərzində görülmüş işlərdən
danışmış, mədəniyyətlərarası
əlaqələrin inkişafında yeni təsis edilmiş hərəkatın əhəmiyyətini
vurğulamışlar.
Böyük Britaniyada yaşayan tanınmış
tədqiqatçı və
iş adamı Əziz İbrahim sivilizasiyaların yaxınlaşması
prosesi barədə xüsusi məruzə ilə çıxış
etmişdir.
Sonra layihənin təşkilatçıları mətbuat konfransı keçirmişlər. Bildirilmişdir
ki, hərəkat dünyanın müxtəlif
mədəniyyətlərini təmsil edən gəncləri vahid təşkilatda birləşdirərək
onların səslərinin
bəyan edilməsinə
imkan yaradacaqdır.
SİQGH dünya gənclərinin
fəaliyyətinin genişləndirilməsinə,
sivilizasiyaların ittifaqında
rolunun artırılmasına
təkan verəcəkdir.
Sonda iştirakçılar
tədbirin yüksək
səviyyədə təşkilinə
görə Heydər Əliyev Fonduna, Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumuna, Gənclər və İdman Nazirliyinə minnətdarlıq etmişlər.
Azərbaycan.- 2011.- 12 aprel.- S. 7.