Belarus Respublikasının
Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya
Hörmətli Aleksandr Qriqoryeviç!
Minsk metropolitenində terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır.
Biz terrorizmi onun bütün formalarında və təzahürlərində qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Belarus xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzu edirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 12 aprel 2011-ci il
Azərbaycan.- 2011.-13 aprel.- S. 4.