Azərbaycan Respublikası Hökuməti İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir

 

Aprelin 12-də Azərbaycan Respublikası Hökuməti İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası olmuşdur.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin iqtisadiyyatı, aparılan islahatlar əldə olunmuş uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycanda dinamik inkişafa nail olunmuş, sahibkarlıq fəaliyyəti genişlənmiş, əlverişli investisiya biznes mühiti yaradılmışdır. Azərbaycanda xarici ölkələrlə, o cümlədən İordaniya ilə əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin İordaniya Haşimilər Krallığına, İordaniya Kralı II Abdullahın Azərbaycana səfərləri, keçirilmiş görüşlər ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan İordaniya arasında ticarət, iqtisadi texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması da ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətlidir.

İordaniya Haşimilər Krallığının sənaye ticarət naziri Hani Əl-Mulki ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulamış bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu demişdir.

İclasda Azərbaycan İordaniya arasında ticarət-iqtisadi, investisiya, sənaye energetika, rabitə informasiya texnologiyaları, kənd təsərrüfatı, gömrük, nəqliyyat, mədəniyyət turizm, təhsil, səhiyyə digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti inkişaf perspektivləri müzakirə olunmuşdur.

Sonra Azərbaycan Respublikası Hökuməti İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır.

Sənədi komissiyanın həmsədrləri Şahin Mustafayev Hani Əl-Mulki imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 13 aprel.- S. 5.