Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli 717 nömrəli 2009-cu il 25 dekabr tarixli 203 nömrəli fərmanlarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1082-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanından irəli gələn məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli 717 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 3, maddə 167; 2010-cu il, ¹ 4, maddə 296) 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“3. İstehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsini, tabeliyindəki hüquqi şəxs olan qurumlar vasitəsilə sifarişçilərin müraciətləri əsasında ödənişli yolla idxal və ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan istehlak mallarının keyfiyyətinin və mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılmasını və bununla bağlı digər zəruri tədbirləri həyata keçirsin.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 12, maddə 991) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.33-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“9.33. malın mənşə ölkəsini təsdiq edən sertifikat vermək, tabeliyindəki hüquqi şəxs olan qurumlar vasitəsilə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirmək;”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2011-ci il.

 

Azərbaycan.- 2011.- 14 aprel.- S.  1.