Bakı şəhəri
Binəqədi rayonunun
Biləcəri və Xocasən qəsəbələrinin
sosial-iqtisadi inkişafının
sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Binəqədi
rayonunun Biləcəri
qəsəbəsində yerləşən
mədəniyyət-istirahət parkının abadlaşdırılması
üçün Bakı
Şəhər İcra
Hakimiyyətinə Azərbaycan
Respublikasının 2011-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir)
milyon manat məbləğində vəsait
ayrılsın.
2. Binəqədi
rayonunun Xocasən qəsəbəsində 103 saylı
ümumtəhsil məktəbinin
640 şagirdlik əlavə
korpusunun tikintisi üçün Bakı şəhərinin Binəqədi
Rayonu İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2011-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir) milyon manat məbləğində
vəsait ayrılsın.
3. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci və
2-ci hissələrində nəzərdə
tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 14 aprel.- S. 1.