"Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının
layihəsini hazırlayan işçi qrupu
yaradılmışdır
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupunun yaradılması haqqında sərəncam imzalamışdır.
17 nəfərdən ibarət işçi qrupunun rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
Qrupun tərkibinə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və başqaları daxildirlər.
AzərTAc
Azərbaycan.- 2011.- 14 aprel.- S. 1.