Avropa Şurasının mədəniyyət mədəni irs üzrə direktoru Azərbaycan Turizm İnstitutunda olmuşdur

 

Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Avropa Şurasının mədəniyyət mədəni irs üzrə direktoru Robert Palmer Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.

ATİ-nin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının beş illik fəaliyyəti, beynəlxalq əlaqələri qarşıda duran vəzifələr barədə qonağa ətraflı məlumat vermişdir.

Görüşdən məmnunluğunu bildirən Robert Palmer Azərbaycanın böyük turizm potensialına malik olduğunu vurğulamışdır.

Tədbirdə paytaxtımızın regional mədəniyyət mərkəzi kimi rolunun artdığı bir dövrdə Şərqi Avropa ölkələrinin iştirakı ilə Bakıda mədəniyyət idarəçiliyi üzrə seminar, konfrans yay məktəblərinin təşkilinə böyük ehtiyac olduğu qeyd edilmişdir. Bu tədbirlərin keçirilməsini ATİ öz üzərinə götürmüşdür. Avropa Şurasının müvafiq departamentinin dəstəyi ilə regional tədbirlərin, həmçinin "Mədəniyyət menecmenti" ixtisası üzrə treninqlərin keçirilməsi nəzərdə tutulur.

Sonda Robert Palmer sualları cavablandırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-14 aprel.- S. 5.