İncilər toplusu

 

Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğində və gələcək nəsillərə çatdırılmasında mövcud bir sıra vasitələr içərisində çap məhsullarının əvəzi olmayıb.

"Qobustan" ədəbi-bədii toplusunun yaranmasında da məqsəd incəsənət incilərinin bir araya toplanması olub. Esmira Nəzərlinin çapdan buraxılmış "İncəsənət inciləri"ndə də 1969-cu ildən nəşrə başlamış "Qobustan" jurnalının yaranma tarixindən və incəsənət incilərinin orada necə toplanmasından söz açılır. Burada xalq yazıçısı Anarın "Qobustan"lı günlərim"dən müəllifin son söz əvəzi "Ömür payı"nadək bütün yazılar kino, teatr, musiqi, rəssamlıq, qurama sahələrindən bəhs edən yazılarda incəsənətin ayrı-ayrı sahələrində izi qalanlara, dəst-xətti olanlara həsr edilib.

"İncəsənət inciləri", sözün əsl mənasında, "Qobustan"dan gələn səslərlə bugünkü nəslin ədəbi düşüncələrinin harmoniyasıdır. Burada incəsənət tarixində adları yazılanlarla yanaşı, adıçəkilən sahəyə yeni gələn gənc sənətkarlara da yer ayrılması təsadüfi deyil.

 

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-14 aprel.- S. 7.