Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə
564; 2001-ci il, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698;
2002-ci il, ¹ 1, maddə 9, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 8, maddə
424; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 11, maddə 901; 2005-ci il, ¹
4, maddə 277, ¹ 10, maddə 874, ¹ 11, maddə 993; 2006-cı il,
¹ 12, maddə 1027; 2007-ci il, ¹ 6, maddə 560, ¹ 11, maddələr
1053, 1091; 2008-ci il, ¹ 2, maddə 49, ¹ 6, maddələr 453, 463, ¹
7, maddə 602; 2009-cu il, ¹ 2, maddə 47, ¹ 4, maddə 210, ¹ 12,
maddə 948; 2010-cu il, ¹ 7, maddə 598; Azərbaycan
Respublikasının 2010-cu il 21 dekabr tarixli 38-IVQD nömrəli
qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 14-cü maddədə
“keçmiş” sözündən sonra “, habelə sahibinin
mülki məsuliyyəti Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq sığorta etdirilmiş,”
sözləri əlavə edilsin;
2. 27-ci maddənin I hissəsinin
ikinci cümləsində “uçota alınması,” sözlərindən
sonra “sahibinin mülki məsuliyyətinin icbari
sığortasının təmin edilməsi,” sözləri əlavə
edilsin;
3. 30-cu maddənin VII
hissəsinə aşağıdakı məzmunda 5-ci bənd əlavə
edilsin:
“5) nəqliyyat vasitəsinin
sahibinin mülki məsuliyyətinin icbari sığortası
müqaviləsinin Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq bağlanması faktını
təsdiq edən sığorta şəhadətnaməsini.”;
4. 37-ci maddənin I hissəsinin
1-ci bəndində “qeydiyyat şəhadətnaməsini,”
sözlərindən sonra “nəqliyyat vasitəsinin sahibinin
mülki məsuliyyətinin icbari sığortası
müqaviləsinin Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq bağlanması faktını
təsdiq edən sığorta şəhadətnaməsini,”
sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2011-ci il.
Azərbaycan.- 2011.- 15 aprel.- S. 1.