“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının
Qanununa və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik
və əlavələr
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Auditor xidməti
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹7, maddə
114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci
il, ¹3, maddə 226; 2001-ci il, ¹11, maddə 683, ¹12, maddə 736;
2002-ci il, ¹5, maddə 241; 2003-cü il, ¹1, maddə 21;
2004-cü il, ¹3, maddə 133; 2005-ci il, ¹8, maddə 684; 2007-ci
il, ¹11, maddə 1053; 2008-ci il, ¹3, maddə 152; 2009-cu il, ¹7, maddə
517; 2010-cu il, ¹11, maddə 938) 2-ci maddəsinin ikinci
abzasının ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
"Qanuna görə
öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat
subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə
tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi,
digər hallarda isə könüllüdür".
II. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹8, I kitab, maddə 584; 2001-ci il, ¹1, maddə 24, ¹3, maddə 139,
¹7, maddə 455, ¹11, maddələr 680, 698, ¹12, maddə 731;
2002-ci il, ¹1, maddə 9, ¹4, I kitab, maddə 165, ¹5, maddələr
234, 237, 239, ¹6, maddə 326, ¹8, maddə 463, ¹12, maddə 692;
2003-cü il, ¹1, maddələr 3, 13, 23, ¹4, maddələr 177,
178, ¹5, maddə 228, ¹6, maddələr 257, 276, 279, ¹8, maddələr
407, 425, ¹12, I kitab, maddələr 676, 696, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹1, maddələr 6, 7, 10, 13, ¹4, maddələr
200, 201, 204, ¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397,
¹8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə
900, ¹12, maddə 973; 2005-ci il, ¹1, maddələr 5, 6, ¹2, maddə
61, ¹4, maddələr 272, 273, 275, 278, ¹6, maddələr 462, 466,
¹7, maddə 576, ¹8, maddələr 691, 692, ¹10, maddələr
875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹12, maddələr
1083, 1085; 2006-cı il, ¹2, maddələr 64, 68, ¹3, maddələr
219, 220, 223, 225, ¹5, maddə 385, ¹6, maddə 478, ¹11, maddələr
923, 924, 932, ¹12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹1, maddələr
3, 4, ¹2, maddələr 65, 68, ¹5, maddələr 397, 398, 401, 440,
¹6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹10, maddələr
935, 936, 938, 940, ¹11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080,
1089, 1091, ¹12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il,
¹2, maddə 47, ¹3, maddələr 146, 152, 159, ¹4, maddə 249,
¹5, maddə 340, ¹6, maddələr 454, 460, 461, 464, ¹7, maddələr
601, 602, 605, ¹8, maddələr 699, 701, 711, ¹10, maddələr
884, 885, ¹11, maddələr 956, 957, ¹12, maddələr 1045, 1047,
1049; 2009-cu il, ¹2, maddələr 36, 45, 49, 52, 53, ¹5, maddələr
309, 315, ¹6, maddələr 404, 405, ¹7, maddələr 517, 518,
519, ¹8, maddə 611, ¹12, maddələr 953, 954, 966, 971; 2010-cu
il, ¹2, maddələr 70, 71, ¹3, maddələr 167, 171, 178, ¹4,
maddələr 275, 276, ¹5, maddələr 379, 380, ¹6, maddə
483, ¹7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹10, maddə 838,
¹11, maddələr 936, 938, 949) aşağıdakı əlavələr
edilsin:
1. aşağıdakı
məzmunda 247-3-cü maddə əlavə edilsin:
"Maddə 247-3. Məcburi auditdən yayınma
Qanunla nəzərdə
tutulmuş hallarda həyata keçirilməli
olan məcburi auditdən yayınmağa
görə -
vəzifəli şəxslər
üç yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş
yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.".
2. 360.1-ci maddədə
"240-1.2," rəqəmindən sonra "247-3," rəqəmi
əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 fevral 2011-ci il.
Azərbaycan.- 2011.- 15 aprel.- S. 4.