Həsən Seyidbəyli yaradıcılığı haqqında
ilk tədqiqat əsəri
Həsən Seyidbəyli Azərbaycan ədəbiyyatı
tarixində nasir, ssenarist, kinorejissor, ictimai xadim kimi
tanınır. O, çoxşaxəli
yaradıcılıq fəaliyyətində
həmişə xalqın,
ədəbiyyatın milli
təəssübkeşi olub.
Ziyalı-vətəndaş mövqeyi, cəmiyyətdə
müşahidə etdiyi
neqativ halları aradan qaldırmaq istəyi yazıçının
bədii əsərlərində
dolğunluğu ilə
öz əksini tapıb. Azərbaycan ədəbiyyatı və incəsənəti
tarixində ikinci ömrünü yaşayan
Həsən Seyidbəyli
yaradıcılığı filologiya elmləri üzrə fəlsəfə
dokturu, Azərbaycan Müəllimlər İnstitutunun
əməkdaşı Baba
Babayevin bu günlərdə çapdan
çıxmış "Həsən Seyidbəylinin
bədii nəsri"
monoqrafiyasında genişliyi
ilə ədəbi ictimaiyyətə çatdırılmışdır.
Sənətkarın yaradıcılığına ilk dəfə elmi araşdırma həsr edildiyindən müəllif məsələyə çox ciddi yanaşmışdır. Tədqiqatçı yaradıcı insanlara xitabən haqlı olaraq bildirir ki, bu cür sənətkar haqqında az yazılıb. Ona görə də müəllif çalışıb ki, yazıçının bütün yaradıcılığını önə çəksin, hərtərəfli təhlil verə bilsin. H.Seyidbəyli gözəl hekayələr və novellalar ustasıdır. Baba müəllimin fikrincə, Nəsən Seyidbəylinin süjet qurmaq, yaddaqalan obraz yaratmaq, söz demək məharəti çox güclü olmuşdur.
Kitabda ədibin "İki müavin", "Qığılcımlar", "Qiymətli damcılar", "Vəfalı it və oğru pişik" hekayələrində bu cəhətə xüsusi diqqət yetirilir. H.Seyidbəyli hekayələrinin mövzusu beynəlmiləlçilik ruhunda olsa da, obrazlar milli xarakterlidir. Müəllifin fikrincə H.Seyidbəylinin hekayələri ilk baxışda konfliktsiz süjet xətti təsiri bağışlasa da, güclü dinamizmə malikdir.
Azərbaycan ədəbiyyatının və kino yaradıcılığının inkişafında müstəsna xidmətləri olan Həsən Seyidbəylinin ədəbi-bədii nəsrindən bəhs edən kitabın redaktoru akademik Bəkir Nəbiyevdir. Dövrün ədəbi prosesi və aktual problemləri baxımından təhlilə cəlb olunan bu kitab gənc alim və tədqiqatçılar üçün çox faydalıdır.
Rəhman SALMANLI
Azərbaycan.- 2011.- 15 aprel.- S. 6.