Rusiyalı alim Sergey Karpova Azərbaycan MEA Tarix İnstitutunun fəxri adları verilmişdir

 

Aprelin 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində rusiyalı tarixçi alim Sergey Karpova Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafı Azərbaycan üçün yüksək səviyyəli tarixçi alimlərin yetişdirilməsindəki fəaliyyətinə görə AMEA-nın fəxri professoru akademiyanın Tarix İnstitutunun fəxri doktoru adları verilmişdir.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik Mahmud Kərimov S.Karpovu dünya şöhrətli alim kimi dəyərləndirərək bildirmişdir ki, o, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azərbaycanın böyük dostudur.

M.Kərimov rusiyalı alimin elmi xidmətlərindən danışaraq onun əsasən Qara dəniz regionu dövlətlərinin orta əsrlərdəki tarixinə dair çox sanballı araşdırmalar apardığını, bir çox beynəlxalq təşkilatların, elmlər akademiyalarının həqiqi fəxri üzvü, bir sıra elmi cəmiyyətlərin üzvü olduğunu, həm Rusiya, həm digər dövlətlər tərəfindən müxtəlif mükafatlara layiq görüldüyünü söyləmişdir.

400-dən çox mühüm elmi əsərin müəllifi olan Sergey Karpovun Azərbaycan üçün tarixçi kadrların yetişdirilməsində böyük xidmətləri vardır. Həmin kadrlar indi Azərbaycanda tarix elminin inkişafına layiqli töhfələr verir, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar.

Akademiyanın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Sergey Karpovun Azərbaycan tarixinin araşdırılmasındakı böyük xidmətlərindən danışmış xüsusi vurğulamışdır ki, tarix elminin bir çox prinsipial məsələlərində o, bizimlə olmuşdur. Y.Mahmudov demişdir ki, S.Karpovun Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərinin Azərbaycan dövlətləri olmasını sübuta yetirilməsində qəbul edilməsində müstəsna rolu vardır.

Sergey Karpov Azərbaycanın zəngin tarixə malik olduğunu, Ağqoyunlular Səfəvilər dövlətlərinin Avropa ilə Asiya arasında münasibətlərin qurulmasında böyük rol oynadığını demişdir. O, azərbaycanlı həmkarlarını daha da sıx əməkdaşlıq, tələbə alimlərin mübadiləsi praktikasını bərpa etməyə çağırmış, hətta rusiyalı alimlərin Azərbaycana gəlib burada öyrənəcəkləri şeylərin çox olduğunu da bəyan etmişdir.

Rusiyalı alimə AMEA-nın fəxri professoru Tarix İnstitutunun fəxri doktoru diplomları hədiyyələr təqdim olunmuşdur. Alim onun əməyinə verilən qiymətə görə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.- 16 aprel.- S. 11.