Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

Aprelin 18-də Azərbaycan Respublikasında səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskunu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verdi.

Rumıniya və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Rumıniya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Trayan Beseskuya, Rumıniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 aprel.- S.1.