Dövlət başçılarının geniş tərkibdə danışıqları

 

Aprelin 18-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

 

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən Sizi Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə xoş gəlmisiniz!

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək, çox gözəl nəticələri olacaqdır.

Münasibətlərimiz strateji xarakter daşıyır. Bütün sahələrdə əməkdaşlıq çox uğurla aparılır. Bu gün Sizinlə təkbətək görüşdə bütün bu məsələləri geniş müzakirə etdik bir daha gördük ki, Rumıniya-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Həm siyasi sahədə, eyni zamanda, iqtisadi, humanitar sahələrdə, hər bir istiqamətdə çox gözəl nəticələr vardır əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfə verəcəkdir.

Bir daha xoş gəlmisiniz.

 

* * *

 

Rumıniya Prezidenti Trayan BESESKU səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Möhtərəm cənab Prezident! Çox təşəkkür edirəm ki, bu gün bizi öz ölkənizə dəvət etmisiniz. Bu dəvətə əsasən mən bir daha Azərbaycana səfər etmişəm. Bu səfər çərçivəsində biz ikitərəfli münasibətlərimizi müzakirə edəcəyik dəyərli dostumla görüşmək imkanı əldə edəcəyik.

Azərbaycan-Rumıniya əlaqələrinə gəldikdə, zənnimcə bizim çox müfəssəl əlaqələrimiz vardır. Bu da ötən səfərlər zamanı müzakirə edilmiş məsələlərin həyata keçməsi ilə əlaqədardır. Bu səbəbdən biz növbəti görüşlərimizə böyük əminliklə baxırıq. Çünki məhz elə bu gün Sizinlə görüşdə çox dəyərli mühüm mövzular müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 1.