Ali ordenlərlə
təltif olunma mərasimi
Aprelin 18-də Azərbaycan-Rumıniya
sənədlərinin imzalanması
mərasimindən sonra
Rumıniya Prezidenti Trayan Beseskunun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
- Hörmətli
cənab Prezident!
Hörmətli dostlar!
Cənab Prezident,
Siz Azərbaycan dövlətinin ən ali mükafatı
olan "Heydər Əliyev" ordeni ilə təltif edilirsiniz.
Rumıniya-Azərbaycan əlaqələri strateji
xarakter daşıyır
və bu gün imzalanmış sənəd bunu bir daha təsdiq
edir. Siz bu əlaqələrin
inkişafı üçün
böyük xidmətlər
göstərmisiniz və
Azərbaycan xalqı Sizi çox yaxşı tanıyır.
Sizin Azərbaycan ilə bağlı mövqeyinizi ürəkdən alqışlayırıq.
İki ölkə arasındakı
əlaqələrin inkişafı
üçün göstərdiyiniz
böyük xidmətlərə
görə bu yüksək mükafatı
mən bu gün Sizə təqdim edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev" ordenini Rumıniya Prezidenti Trayan Beseskuya təqdim etdi.
Prezident Trayan Besesku dövlətimizin başçısının
Rumıniyanın "Sadiq
Xidmət" milli ordeninin Böyük Xaç ranqı ilə təltif edilməsi barədə qərar qəbul etdiklərini bildirdi. O qeyd etdi ki, bu,
dövlət başçılarına
verilən ali
mükafatdır. Trayan Besesku
xüsusi vurğuladı
ki, Prezident İlham Əliyev bu mükafata layiq görülən yalnız ikinci dövlət başçısıdır.
Qeyd edək
ki, 2004-cü ildə Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin ali mükafatı
"Rumıniya Ulduzu"
ordeni ilə təltif olunmuşdur. Rumıniya qanunvericiliyinə görə,
"Sadiq Xidmət"
milli ordeni bundan əvvəl "Rumıniya Ulduzu" ordeni ilə təltif edilən şəxslərə təqdim
olunur.
Prezident Trayan Besesku "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqını dövlətimizin
başçısına təqdim
etdi.
AzərTAc
Azərbaycan.- 2011.-19 aprel.- S.2.