V.N.İqnatenkonun "Dostluq"
ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında informasiya sahəsində əməkdaşlıq
və qarşılıqlı
əlaqələrin möhkəmləndirilməsində
xüsusi xidmətlərinə
görə Vitali Nikitiç İqnatenko
"Dostluq" ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 19 aprel.- S. 3.