Azərbaycan-Fransa parlamentlərarası əlaqələr dinamik inkişaf edir
Aprelin 18-də Milli
Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə
olan Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşmüşdür.
Parlamentin Sədri senator Ambruaz Düponun ölkəmizə
yenidən səfər
etməsindən məmnunluğunu
ifadə etdi. Ötən
beş il
ərzində Ambruaz Düponla üçüncü
dəfə görüş
keçirdiyini xatırladan
O.Əsədov qarşılıqlı
səfərlərin əməkdaşlıq
əlaqələrinin inkişafına
böyük töhfə
verdiyini bildirdi. Azərbaycan dövləti Fransa ilə əlaqələrin
inkişaf etdirilməsində
maraqlıdır. Azərbaycan Prezidentinin
Fransaya səfərləri
və ən müxtəlif sahələrə
dair imzalanan sənədlər ölkələrimiz
arasında əməkdaşlığın
genişləndirilməsinə müsbət təsir göstərir.
Milli Məclisin Sədri Azərbaycan-Fransa parlamentlərarası
əlaqələrin də
dinamik inkişaf etdiyini bildirdi. Parlamentlərarası dostluq qruplarının bu sahədə gördüyü işləri
təqdir etdi. O.Əsədov əlavə etdi
ki, deputat Mehriban xanım Əliyeva Azərbaycan-Fransa
parlamentlərarası dostluq
qrupuna sədr seçilib və əminliklə bildirdi ki, ölkələrimiz arasında əməkdaşlıq
bundan sonra daha da inkişaf
edəcəkdir. Bu baxımdan Fransada keçiriləcək sərgi
də əməkdaşlığın
yüksək səviyyədə
olduğunu bir daha göstərir.
O.Əsədov Azərbaycanın son illərdə
iqtisadi sahədə əldə etdiyi uğurlardan danışdı. Ölkəmizin davamlı inkişaf yolunda olduğunu və Avropa strukturlarına sıx inteqrasiya etdiyini bildirdi. Parlamentin Sədri ölkəmizin
üzləşdiyi ən
ağrılı problemə
də diqqəti cəlb etdi. Bildirdi ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi nəticəsində
torpaqlarımızın 20 faizi
işğal olunmuş,
1 milyondan artıq soydaşımız öz
doğma yurdlarından
didərgin düşmüşdür.
ATƏT-in
Fransa-Qafqaz dostluq qurupunun sədri, senator Ambruaz Düpon bu səfəri
zamanı da Bakıda böyük inkişafın şahidi olduğunu və dəyişikliklərin onda
dərin təəssürat
yaratdığını bildirdi.
Dostluq qrupunun sədri ölkəmizə ilk səfərini
və ümummilli lider Heydər Əliyev ilə görüşünü məmnunluqla
xatırlatdı. Ümummilli liderlə
görüşün onda
böyük təəssürat
yaratdığını deyən
qonaq ölkəmizə
həmin səfərindən
sonra Azərbaycanı
daha yaxından tanımağa başladığını
bildirdi.
Sonda tərəflər qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi apardılar.
Azərbaycan.- 2011.-19 aprel.- S. 3.