Ambruaz Düpon: "Səfərimizin məqsədi dostluq əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdir"

 

"Mən Azərbaycanın çox yaxın dostuyam. Azərbaycanın bugünkü inkişafı da məni çox sevindirir. Bakıya indiki səfərimizin əsas məqsədi dostluq əməkdaşlıq əlaqələrimizi daha da inkişaf etdirməkdir".

Bu sözləri AzərTAc-a Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon demişdir.

Ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən razılığını bildirən qonaq vurğulamışdır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda fransız məktəbinin açılması Azərbaycanla Fransa arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.

A.Düpon Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın bu istiqamətdə səylər göstərdiyini Senatın da prosesə dəstək verməyə hazır olduğunu bildirmişdir.

 

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 4.